İmişlidə yaşayış evi yandı

İmişlidə yanğın qeydə alınb. Rayonun Məzrəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 6 otaqlı evin 1 otağında tüstü bacasının ətrafı 8 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə