Yaşlı kişinin meyiti evdən tapıldı

Yaşlı kişinin meyiti evdən tapıldı

Gəncə şəhərində 80 yaşlı qocanın meyiti evdən tapılıb. Kirayədə yaşayan Müzəffər adı yaşlı kişinin çölə çıxmadığını görən qonşular polisə müraciət edib. İçəri daxil olduqda həmin şəxsin bir neçə gün bundan öncə öldüyü müəyyənləşib.

Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə Şəhər Polis İdarəsindən məlumat verilib. Onun öz əcəli ilə öldüyü ehtimal edilir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə