Silsilə oğurluğa son qoyuldu

Göygöl rayonunda Sərxan Qurbanova məxsus mənzildə oğurluq hadisəsi törədilib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirlər nəticəsində Süleymanov Xəyyam Yusif oğlu saxlanılıb. Məlum olub ki, mənzil sahibinin ölkədən kənarda olmasını bilən X.Süleymanov həmin mənzilə ayrı-ayrı vaxtlarda 3 dəfə oğurluğa girib. Bu barədə SİA-nın bölgə müxbirinə Göygöl rayon Polis Şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, həmin şəxs oradan xeyli məişət əşyası oğurlayıb. O, həmin əşyaların bir qismini öz evində saxlayırmış. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə