Dünən Goranboyda ağır yol hadisəsi olub. Yük maşını yol kənarında dayanmış avtomobilə çırpılıb. Hadisədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Yük maşını minik maşınına çırpılaraq alovlanıb. 1 nəfərin ölümü 3-nün yaralanması ilə nəticələnən dəhşətli qəza Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində baş verib. 34 yaşlı Kəlbəcər sakini Murad Nəzərov avtomobili Bakı-Qazax yolunun bu ərazisində saxlayıb təmir edərkən qəzaya düşüb. Arxadan gələn yük maşınının çırpılması ilə onun dayanmış avtomobili yanıb.
Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alovlanan avtomobil söndürülüb. Qəza zamanı sürücü Murad Nəzərov hadisə yerində dünyasını dəyişib. Avtomobilində olan 3 nəfər - Kəlbəcər rayon sakinləri 30 yaşlı Rövşən Şahnəzərov, 40 yaşlı Aftandil Şahverdiyev və 8 yaşlı Azad Nəzərov isə Goranboy Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB