Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, rayon sakini 2012-ci il təvəllüdlü Nəsrullayev Şahmar Azər oğlunu maşın vurub. Azyaşlı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB