Tovuzda ana və 4 yaşlı uşağı dəm qazından zəhərlənib

Tovuzda ana və 4 yaşlı uşağı dəm qazından zəhərlənib

Tovuzda dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Düz Qırıqlı kənd sakini 1982-ci il təvəllüdlü Günel Bağırova və onun 4 yaşlı övladı Elmar dəm qazı zəhərlənmə əlamətləri ilə Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, G. Bağırova yaşadığı evdə hamamda övladını cimizdirən zaman hər ikisi dəm qazından zəhərlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə