Qusarda kotec yandı
Qusar rayonu, Qayakənd kəndində ümumi sahəsi 45 m2 olan 2 otaqlı kotecin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanıb. Sİ̇A-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə