Tovuz sakinini tok vurudu

Tovuz rayonun Samlıq kəndində 27 yaşlı kişini elektrik cərəyanı vurub. SİA-nın bölgə müxbiri xəbər verir ki, Tural Kazımov elektrik lampasını dəyişərkən hadisə baş verib. O, dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti orta ağırdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə