Bakıda dünən yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən məlumata görə, Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan çay evinin yanar konstruksiyaları və 2 ədəd televizor yanıb. Binanın zirzəmisinin qalan hissəsi və 1-ci mərtəbədə yerləşən mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB