Tərtərdə 3 otaqlı ev yanıb

Dünən Tərtər rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb. Xəbərə görə, Tərtər rayonu, Bəyimsarov kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə