Tovuz sakinini elektrik cərəyanı vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Samlıq kənd sakini 1989-cu il təvəllüdlü Tural Kazımov yaşadığı evdə elektrik lampasını dəyişən zaman cərəyan onu vurub.
T. Kazımov dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB