Gədəbəy rayonun Zəhmət kəndində yol qəzası baş verib. Slavyanka kənd sakini Nizami Məmmədov idarə etdiyi "Ford" markalı avtomobillə 1993-cü il təvəllüdlü Ələkbər Məmmədovu vurub. SİA-nın bölgə müxbiri xəbər verir ki, o müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncədə Abbas Səhhət adına 1 saylı xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB