Bağlı qapı arxasında köməksiz qalan şəxs xilas edildi

Bağlı qapı arxasında köməksiz qalan şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA-nın verdiyi məlumata görə, dərhal Nazirliyin Şimal Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 00:11-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə