Bakıda 25 yaşlı oğlan intihar etdi

Bakıda 25 yaşlı oğlan intihar etdi

Bakıda gənc oğlan intihar edib. SİA-nın verdiyi məlumata görə, hadisə ötən gecə Xətai rayon Gəncə prospekti 103 ünvanında qeydə alınıb. Həmin ünvanda doqquz mərtəbəli binanın birinci mərtəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Elvin İlqar oğlu Hüseynov özünü evin eyvanındakı dəmir barmaqlıqlardan asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə