3-cü sinif şagirdini it dişləyib

3-cü sinif şagirdini it dişləyib

Şəkidə 17 saylı orta məktəbin şagirdini it dişləyib. 3-cü sinif şagirdi Məmmədov Pərvin Elçin oğluna məktəbin həyətində it hücum çəkib. Ayağından yaralanan uşaq dərhal təcili tibbi yardım vasitəsilə Şəki MRX-yə çatdırılıb.

Laləzar Əliyeva, uşağın nənəsi: "1-ə 15 dəqiqə qalmış uşaq məktəbdən çıxıb. 5 saatdır mən axtarıram. İynə tapıb vurmurlar. Əvvəlcə aşağıdakı sonra isə buradakı klinikaya gəldim. Burada da olmadı yenidən getdim ora. Oradan da bura göndərdilər".

Uşağa quduzluq əleyhinə vaksin vurulub. Evə buraxılıb. Məktəb rəhbərliyi isə mövcud vəziyyətlə bağlı tədbir görməkdə çətinlik çəkir.

İtin quduz olub-olmaması da məlum deyil. Məktəbin həyətində balaladığını da nəzərə alsaq, deməli zamanında it məktəbdən uzaqlaşdırılmasa eyni vəziyyət davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə