Göygöl sakini bıçaqlanıb xəstəxanaya yerləşdirildi

Göygöl sakini bıçaqlanıb xəstəxanaya yerləşdirildi

Göygöl rayon sakini bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayon Xəqani kənd sakini 1984-cü il təvəllüdlü Vüsal Eldar oğlu Məmmədov qarının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Xəstə yıxılıb xəsarət aldığını desə də, onun bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə