Sumqayıtda yanğın baş verib

Sumqayıtda gündüz saatlarında kafedə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, şəhərdə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 8 m2 sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə