Bakıda intihara cəhd olub. Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.
SİA-nın məlumatına görə, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Samirə Əli qızı Məmmədova yaşadığı evin qapılarını qıfıllayaraq, təbii qaz xəttini açıb.
O, daha sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək bu yolla intihara əl atdığını deyib.
Dərhal hadisə yerinə polis əməkdaşlarından ibarət əməliyyat qrupu gedib. Qapını sındıraraq evə daxil olan polis əməkdaşları S. Məmmədovanı huşsuz vəziyyətdə aşkar ediblər. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB