Tovuzda bədbəxt hadisə: Rayon sakinini elektrik cərəyanı vurub öldürdü

Tovuzda bədbəxt hadisə: Rayon sakinini elektrik cərəyanı vurub öldürdü

Tovuz şəhərində bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə istifadəsiz olan dəri emalı sexinin həyətində qeydə alınıb. Abulbəyli kənd sakini 1989-cu il təvəllüdlü Rasim Kərimovu transformatorun yaxınlığında elektrik cərəyanı vuraraq öldürüb. Meyiti müayinə olunduqdan sonra aidiyatı üzrə təhvil verilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğu araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə