İki avtomobil toqquşdu 3 ölü, 4 yaralı

İki avtomobil toqquşdu 3 ölü, 4 yaralı

Gəncə - Şəmkir yolunda ölümlə nəticələnən yol qəzası baş verib. "VAZ 2106" və "Volkswagen Passat" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb. Həyatlarını itirən Gədəbəy sakinləri Rafiq Hüseynov, Nicat Ələkbərov və Vüsal Əhmədovdur.

Hadisə zamanı xəsarət alan Şəmkir rayon sakinləri Rəşad Namazov, Ricat Qafarov, Pərviz Mahmudov və Nicat Zeynalov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə