Husi yaraqlılarının müqəddəs Məkkə şəhərinə tərəf atdıqları ballistik raketin qarşısı alınıb. SİA Səudiyyə Ərəbistanı KİV-nə istinadən xəbər verir ki, Yəməndə qanuni hakimiyyəti dəstəkləyən Koalisiya Qüvvələri komandanlığı bəyan edib ki, bir neçə gün əvvəl yerli vaxtla saat 21:00-da Husi yaraqlıları Yəmənin Sadə vilayətindən müqəddəs Məkkə şəhərinə tərəf ballistik raket atıblar. Havadan müdafiə vasitələri Məkkə şəhərindən 65 km aralıda raketin qarşısını alaraq onu məhv edib. Hadisə nəticəsində hər hansı bir zərər meydana gəlməyib. Koalisiya Hərbi Hava Qüvvələri raketin atıldığı mövqelərə cavab atəşi açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB