Hamamda partlayış baş verdi

Gəncə şəhərində mənzilin hamamında partlayış baş verib. Mavi yanacağın sızması nəticəsində Elçin Nağıyev yanıq xəsarətləri alıb. Gəncə şəhər Təcili Yardım Tibbi Xəstəxanasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta ağırdır.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə