Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan şəxs tutulub. Baş Cinayət Axtarışı İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan Ayhan Səfərov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Ağcabədi rayon sakini Elgün Hüseynovla birgə oktyabrın 15-də Elşən Hüseynova məxsus "VAZ-2104" markalı avtomobil qaçırması da müəyyən edilib.
Həyata keçirilən tədbirlərlə E.Hüseynov da tutulub. Onun oktyabrın 19-da Novxanı qəsəbə sakini Vüsal Abbasova məxsus evdən məişət əşyaları oğurlaması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB