Minik avtomobili yanıb

Səhər saatlarında Şəmkirin Düyərli kəndində yanğın hadisəsi baş verib. SIA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 09:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə