Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin yeni Gəncə qəsəbəsi ərazisində, 28 May küçəsində qeydə alınıb. Yolu keçmək istəyən şəhər sakini Dilbər Abdullayeva avtomobillə vurulub. Qəzanı törədən sürücü xəsarət alan qadını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB