Göygöldə iki uşaq dəm qazından zəhərlənərək ölüb

Göygöldə iki uşaq dəm qazından zəhərlənərək ölüb

Göygöldə dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib. Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı vəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə