Xaçmazda əxlaqsız yuvası aşkarlandı FOTOLAR

Xaçmazda əxlaqsız yuvası aşkarlandı  FOTOLAR

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çarxı kəndi ərazisində yerləşən "Ailəvi" istirahət məkanının əslində əxlaqsız yuvası kimi fəaliyyət göstərdiyi məlum olub.

Saxlanılan qızlardan biri "Nə olar, borclu borclunun sağlığını istiyər, bu da "uje" axırıncı yol idi də, neynək", - deyə bildirib. Qızlarla işləyən Azad Alışov "insan alveri ilə mübarizə idarəsinin əməkdaşı" ilə əxlaqsızlıq kafesini işlədiblər. Sonra bəlli olub ki, Şahin adlı şəxs heç də insan alveri ilə mübarizə idarəsində işləmir. Polis tərəfindən əxlaqsızlıq yuvasında tutulan Azad Alışov agentliyimizə bildirib ki, orda masa xidmətçisi kimi çalışıb: "Obyekt Şahin adlı şəxsindir. Özünü insan alveri ilə mübarizə idarəsinin əməkdaşı kimi təqdim edirdi. Ancaq sonradan bu yalan çıxdı".

Xaçmaz polisinin təhqiqatçısı Xəyyam Şeydayev isə SIA-ya bildirib ki, Xaçmaz-Bakı yolunda "Ailəvi" istirahət mərkəzi əxlaqsızlıq yuvasına çeviriblər. Bununla bağlı Xaçmaz polisi həmin ərazini nəzarətə götürüb.

Faktla bağlı Xaçmaz polisi tərəfindən araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə