Şəmkirdə Gürcüstandan Bakıya yük aparan qatar qəzaya uğrayıb. Hadisə bu gün saat 12.30 radələrində Zəyəm Dəmiryolu Stansiyasının ərazisində baş verib.
Gürcüstan-Bakı marşrutu üzrə hərəkət edən qatarın 4 vaqonu relsdən çıxaraq aşıb. Baş vermiş hadisə digər qatarların hərəkətinə də maneçilik törədilib.
Hadisə şahidi: "Evdə səs eşitdik. Zəlzələ kimi səs-küy var idi. Çıxıb gördük ki, vaqonlar aşıb. Ümumilikdə 10 vaqon olardı. 6 və ya 7 sin ayırıb apardılar. 3-ün isə burada təmir edirlər".
Hazırda qatarlar bir yolla hərəkət edirlər. "Azərbaycan Dəmiryolları" QSC-nin müvafiq struktur bölmələri qəzanın fəsadlarının aradan qaldırılmasına çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB