Silah-sursat aşkar olunub

Babək sakini silah-sursatı rayon polis şöbəsinə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Babək rayonunun Nehrəm kənd sakini Ruslan Zeynalov tapdığı "TOZ-16" markalı tüfəngi, 3 ədəd "F-1" qumbarasını, "RQD-5" qumbarasını, 227 ədəd patronu və 4 ədəd avtomat darağını könüllü olaraq RPŞ-yə təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə