Dünən Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 438-ci kilometrliyində, Tovuz rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
"QAZel" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, rayon sakini 1974-cü il təvəllüdlü Ədalət Namazov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB