Bakıda və İsmayıllıda ev yanıb

Bakıda və İsmayıllıda ev yanıb

Bakıda və İsmayıllıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı xəbər verir ki, paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 5 m2 sahədə ev əşyaları yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.

İsmayıllı rayonu, Tircan kəndində isə vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 49 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün, tavanının yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə