75 cinayət faktı qeydə alınıb DİN

75 cinayət faktı qeydə alınıb DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 75 cinayət faktı qeydə alınıb. Onların 19-nun üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə