Ağaca çırpılan avtomobilin sürücüsü öldü

Ağaca çırpılan avtomobilin sürücüsü öldü

Zaqatalada sürücü Elvin Rüstəmov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb.

Qəzadan sonra ağır bədən xəsarətləri alan Elvin Rüstəmov hadisə yerində dünyasını dəyişib. Deformasiyaya uğrayan avtomobildən sürücünün cəsədini Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə