Tərtərdə minik avtomobili ilə yük maşını toqquşdu

Tərtərdə minik avtomobili ilə yük maşını toqquşdu

Respublika ərazisində daha bir yol qəzası Tərtər rayonunda baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytının verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tərtər rayonu, Sarıcalı kəndi ərazisində "Mercedes" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 19:25-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə