Zaqatalada ağır qəza baş verib. SIA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu ərazisində, Zaqatala-Muxax yolunun 7-ci kilometrliyində "Vaz" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmasında yol-nəqliyyat qəzasi baş verib. Nəticədə sürücü 1990-cı il təvəllüdlü Rüstəmov Elvin Xəlil oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.
Yanğınsöndürən-xilasedicilər vətəndaşın cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 03:19 da başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB