Yük avtomobili sərnişin avtobusu ilə toqquşdu 1 ölü

Yük avtomobili sərnişin avtobusu ilə toqquşdu 1 ölü

Sabirabadda yük avtomobilinin sərnişin avtobusu ilə toqquşması nəticəsində bir nəfər ölüb, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində bir nəfər azyaşlı - 2005-ci il təvəllüdlü Həsənov Vüsal Elman oğlu hadisə yerində keçinib. Müxtəlif dərəcəli bədən xəsarəti alan səkkiz nəfər isə Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə