FHN uşağı xilas etdi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər uşağın barmağında dəmir həlqə qalması barədə məlumat daxil olub. SİA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə qurumun müvafiq xilasediciləri cəlb olunub. Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin nəzarəti altında dəmir həlqəni uşağın barmağından kəsib çıxarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə