Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat verilir. Xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan 5 otaqlı mənzilin 3 otağının yanar konstruksiyaları 57 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB