Suriyanın Hələb şəhərində jurnalistlərin və və BMT nümayəndələrinin qaldığı otel minaatanlardan atəşə tutulub. SİA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Silahlı yaraqlılar tərəfindən otel təxminən yarım saat ərzində atəşə məruz qalıb. Onlar otelə və yaxınlıqdakı yaşayış evlərinə 6 mina atıblar. Minalardan biri otelin dam örtüyünə düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB