Qaradağda elektrik-qaz cihazları anbarında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m (hər mərtəbəsi 200 kv.m) olan ikimərtəbəli elektrik-qaz cihazları anbarının dam örtüyünün yanar konstruksiyaları və içərisində olan elektrik-qaz cihazları yanıb.
Yaxınlıqdakı anbarlar yanğından mühafizə olunub. Yanğın saat 09:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB