Bakıda yanğın

Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m2 sahədə və 1 ədəd "LG" markalı paltaryuyan maşın yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:05-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə