Sentyabrın 29-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Mürvət Tahirova məxsus mağazadan oğurluğa cəhd göstərilib.
SİA-nın Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Sadiq Mustafayev, Kəlbəcər rayon sakini Gülnar İsmayılova və Vidadi Quliyev tutulub.
V.Quliyevin və qrupun digər üzvü Sadiq Mustafayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 23-də Amil Niftəliyevə məxsus mağazadan 500 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.
Bundan başqa oktyabrın 1-də Yasamal rayonu ərazisində yaşayan Bakı şəhər sakini Gülşən Əhmədovanın mənzilindən 6 manat və 70 ABŞ dolları pul oğurlanmışdır.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Adəm Əlizadə və İlyas Ağabəyov tutulublar.
A.Əlizadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il sentyabr ayının 21-də paytaxt sakini Ramil Ələkbərova məxsus velosipedi oğurlaması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB