Bayram mərasimində qarşıdurma 52 öldü

Bayram mərasimində qarşıdurma 52 öldü

Efiyopiyanın Dberzit bölgəsində Hora gölünün 5 km yaxınlığında Oromo qəbiləsinin təşkil etdiyi milli bayram mərasimində polislə qarşıdurma yaşanıb. SİA-nın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, mərasim zamanı hökumət əleyhinə şüarlar səsləndirildiyinə görə polis iştirakçılara müdaxilə etməli olub. Yüz minlərlə insanın qatıldığı mərasimdə etriazçıları dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə olunub. Polislə etirazçılar arasında toqquşma yaranıb və qarşıdurmadan qaçan minlərlə insan gölə atılıb. Hökumət rəsmi olaraq ilk məlumatalara görə, 52 nəfərin həyatını itirdiyini açıqlayıb.

Digər məlumatlarda isə 200 nəfərin öldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə