Tovuzda canavarlar kəndə hücum edib. SİA-nın məlumatına görə, hadisə rayonun Aşağı Mülkülü kəndində baş verib. Vəhşi canlılar Vahid Məmmədrzayevin həyətinə daxil olaraq 15-dən artıq xırdabuynuzlunu məhv edib. Təxminən saat 03:00 radələrində səs-küyə həyətə çıxan ev sahibi canavarın qoyunlara hücum etdiyini görüb. Vəhşi canlılar xırda buynuzlu heyvanları parçalamaqla yanaşı, bir neçəsinin boğaz nahiyəsini yaralayıb, bəzilərini isə həyətdən kənara - əkin sahələrinə doğru aparıblar. Kənd sakinləri bildirib ki, canavarlar son bir ayda Aşağı Mülkülüdə 2 at və 1 baş inəyi yeyiblər.
Kamran Əskiparalı, Tovuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB