Xırdalanda şagird məktəbdə intihara cəhd etdi

Xırdalanda şagird məktəbdə intihara cəhd etdi

Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib. APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb.

Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilir. Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə