Gəncə sakinini maşın vurdu

Gəncə şəhər sakini Pərvin Məmmədovu maşın vurub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Şah İsmayıl Xətai prospektində hərəkət edən "VAZ 21011" və "Lada 099" markalı avtomobil toqquşub. Nəticədə adıçəkilən şəxs xəsarət alıb. Gəncə Şəhər Təcili Yardım Xəstəxanasından verilən məlumata görə hazırda şəxsin vəziyyəti orta ağırdır.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə