Anbarda yanğın olub

Bakıda anbarda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 8 m2 olan dəmir konstruksiyalardan ibarət anbarın içərisində olan geyim əşyaları 4 m2 sahədə yanıb.

Yüksək temperaturdan anbara bitişik ümumi sahəsi 21 m2 olan geyim mağazasının lambirdən ibarət tavanı əriyib. Anbarın, mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə