Gəncədə oğru ev sahibini bıçaqlayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 55 yaşlı Şamil Məmmədov müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatologiya şöbəsinə yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Məmmədov polisə ifadəsində tək yaşadığını və evə daxil olan oğrunu tutmağa çalışan zaman bıçaqlandığını deyib.
Qeyd edək ki, faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB