Suriyadan Türkiyənin Kilis rayonuna raket zərbələri endirilib. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, raket zərbələri Təkkə küçəsinə düşüb. Hadisə nəticəsində altı nəfər yaralanıb. Kilis valisi İsmayıl Cataklı onlardan beş nəfərinin durumunun ağır olduğunu deyib.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB