Saatlı rayonunun Musalı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus, bir dam altında tikilmiş, ümumi sahəsi 120 m2 olan tikilinin yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 50 m2 sahədə yanıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, bitişik mağaza yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakının Nəsimi rayonunda da yanğın olub.
İkimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus, ümumi sahəsi 125 m2 olan, 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 9 m2 sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB